Tələbə biletləri yeni formatda hazırlanacaq - VİDEO

Tələbə biletləri yeni formatda hazırlanacaq - VİDEO


Azərbaycanda tələbə biletlərinin, eləcə də təqaüdlərin verilməsi formasının dəyişdirilməsi nəzərdə tutulub. Yeni kart çoxfunksiyalı olacaq.

Yeni biletlər təkcə tələbələrin universitetdə oxuduqlarını təsdiqləyən sənəd rolunu oynamayacaq. Ondan həm də ödəniş kartı kimi istifadə etmək mümkün olacaq. İstər dövlət, istərsə də tədris müəssisələrinin verdiyi təqaüdlər həmin kartlara köçürüləcək. Bundan başqa, bu vəsiqələrlə tələbələr müxtəlif əməliyyatlar edə biləcəklər.

Millət vəkili, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyir ki, dünya ölkələrində bu təcrübədən uzun müddətdir istifadə olunur.

Tələbələr də çoxfunksiyalı biletlərin tətbiqini müsbət qiymətləndirirlər. Hesab edirlər ki, bu, onların işlərini xeyli rahatlaşdıracaq.
Qeyd dedək ki, bu məsələ "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda öz əksini tapıb.





mənbə : xəzərxəbər
[xfvalue_player]
[xfvalue_time]
Şərhlər:
Мы ждем твоих комментариев, Анонимус
2018 ARTMusic Media. Bütün hüquqlar qorunur. Mobil versiya
лучший сайт где можно скачать шаблоны для dle 11.2 бесплатно