İki qadın bir uşağı dünyaya gətirdi – Tibb tarixində ilk (Fotolar)

İki qadın bir uşağı dünyaya gətirdi – Tibb tarixində ilk (Fotolar)


Amerika Birləşmiş Ştatlarının Texas ştatında lezbiyan cütlük, hamiləlik dövründə eyni uşağı hər ikisi bətnində gəzdirən ilk insanlar olublar və tibb tarixinə keçiblər.
Eşli və Bliss Koulter cütlüyü 5 aylıq oğulları Stetsonla çox xoşbəxtdilər, ancaq bu onlar üçün heç də asan olmayıb. Onlar hər ikisi uşağı doğma uşaqları kimi hiss etmək üçün bətinlərində gəzdiriblər. Bunun üçün onlar əvvəlcə kişi donor seçiblər. Daha sonra Bliss bədənində döllənən yumurtanı bir neçə gün bətnində gəzdirib. 5 gün ərzində isə Eşlinin hormonları nizama salınıb və bədəni dölü qəbul edib böyütməyə hazır vəziyyətə gətirilib. Daha sonra döl Blissin bətnindən çıxarılıb və Eşliyə köçürülüb. Beləliklə iki lesbiyan qadın bir uşağı bətnlərində gəzdirərək dünyaya gətirən ilk qadınlar olublar. Qadınların hər ikisi uşağın bioloji anası sayılır. Körpə isə 4 kilo doğulub və sağlamdır.









mənbə : metbuat.az
[xfvalue_player]
[xfvalue_time]
Şərhlər:
Мы ждем твоих комментариев, Анонимус
2018 ARTMusic Media. Bütün hüquqlar qorunur. Mobil versiya
лучший сайт где можно скачать шаблоны для dle 11.2 бесплатно