Azərbaycanlı modeldən boşanan türkiyəli aktyor BUNDAN İLK DƏFƏ DANIŞDI: İnsan ölkəsindən...

Azərbaycanlı modeldən boşanan türkiyəli aktyor BUNDAN İLK DƏFƏ DANIŞDI: İnsan ölkəsindən...


2016-ci ildə Amerikaya köçən aktyor Tolqa Karelin səhhətində problemlər yaranıb.

Türkiyə mətbuatına istinadən xəbər veririk ki, "Yaprak Dökümü” serialdan sonra məşhurlaşan aktyor səhhəti ilə bağlı yayılan iddialara ilk dəfə cavab verib.

İki ildir Amerikada yaşayan 40 yaşlı aktyorun keçəl şəklini instaqramda paylaşması onun ciddi xəstəlikdən əziyyət çəkdiyi şübhələrni oyadıb. Karel yayılan "ağır xəstəlik" iddiaları qarşısında səssizliyini pozub:

"Yaşadığımı qəzetlərə, televiziya kanallarına müsahibələr verərək gündəmə gətirməyi heç vaxt istəməmişəm. Amma madam ki, bu qədər narahat olduğunuz, soruşdunuz, ilk və son dəfə danışacağam. Hər kəsin həyatla bağlı mübarizəsi var. Bu mübarizə anadan olduğumuz gün başlayıb ölənə qədər davam edir. Bildiyiniz kimi, həyat və karyera səfərimə 2 ildir Amerikada davam edirəm. İnsanın ölkəsindən, doğmalarından, mədəniyyətindən uzaqda yeni bir həyat qurmağa çalışması asan deyil. Çətin dövrdən keçirəm, amma çox şükür ki, indi daha yaxşıyam.

Əlbəttə ki, yorulduğum anlar olur, bu səbəbdən də vücud zəifləyir. Çox detala girmədən onu deyə bilərəm ki, vəziyyətim ağır deyil, yaxşılaşmağa doğru gedirəm. Həyat bizə Allah tərəfindən verilmiş bir hədiyyədir. Bunun fərqində olmaq, hər gün şükür edərək və sağlamlığımızın qiymətini bilərək yaşamalıyıq".

Qeyd edək ki, 2011-ci ildə azərbaycanlı model Günay Musayeva ilə ailə quran aktyorun nikahından bir oğlu var. 2015-ci ildə modeldən boşanan Tolqa Karel oğluna maddi və mənəvi yardım etmir.

Tolqa Karel 2016-ci ildə Sara Skotti ilə evlənərək Çikaqoya köçüb. Onun ikinci nikahəından bir qızı var.






mənbə : regioninfo.az
[xfvalue_player]
[xfvalue_time]
Şərhlər:
Мы ждем твоих комментариев, Анонимус
2018 ARTMusic Media. Bütün hüquqlar qorunur. Mobil versiya
лучший сайт где можно скачать шаблоны для dle 11.2 бесплатно