Azərbaycanın cüdo komandası tarixində ilk dəfə dünya çempionatının finalına yüksəlib

Azərbaycanın cüdo komandası tarixində ilk dəfə dünya çempionatının finalına yüksəlib

Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin komanda yarışlarında Azərbaycan millisi tarixində ilk dəfə finala çıxıb.
"Report"un məlumatına görə, yığma Çin Taypeyi, Avstraliya və Rusiya komandalarına qalib gəlib. Həlledici görüşdə rəqib Yaponiya olacaq.

Qeyd edək ki, fərdi yarışda Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medala sahib çıxıb.
  • Müəllif: Murad
  • 29-09-2019, 18:25
  • Baxış: 28



Adınız:*
E-Mail:
Kodu daxil edin: *
reload, if the code cannot be seen