Apple istifadəçilərinə xoş xəbər : ios 13.0 ilə birlikdə spotify siri dəsəkləməsi

Apple istifadəçilərinə xoş xəbər : ios 13.0 ilə birlikdə spotify siri dəsəkləməsi


Spotify, hər gün inkişaf edən özəllikləri və playlistləri ilə qarşımıza çıxır. Platforma indi isə iOS 13 istifadəçiləri üçün Siri yeniliyini təqdim edir. Apple’ın virtual asistanı Siri, Spotify’da musiqi aça biləcək bir özəllik qazanır. Spotify iOS 13 üçün Siri dəstəyi ilə istifadəçiləri sevindirəcək.




Spotify iOS 13’də Siri idarəetməsinə daxildirmi?
iOS 13.1 yenilənməsində Siri üzərindən test edilən bu özəllik, Apple’ın yalnızca developerlər üçün icazə verdiği SiriKit API’sində, ortaya çıxdı. Bu beta testində olan özəllik Siri ilə hardasa Apple Music ilə olduğu kimi eyni şəkildə əlaqəyə girəcək olan Spotify’ı da əhatə edir.

Spotify’ın populyarlığı nəzərə alınarsa bu tətbiq iPhone istifadəçiləri üçün olduqca zəruri bir yeniləmə olacaq. Ancaq bildirməkdə fayda var ki bu özəllik əgər iOS 13 istifadəçiləri üçün gəlsə, yalnızca iPhone’daki Spotify-a aid olacaq. Apple Watch ilə təəssüf ki işləməyəcək.

Amma bunun yanında AirPods ilə uyğunluğunda bir problem görünmür. “Hey Siri” əmri ilə albom, playlist ve mahnıların axtarışı mümkün olacaq. Onu da qeyd edək ki, Siri Spotify’dan podcast oxuda bilmir.

Yaxın zamanda Siri ilə işləyə bilən bir Spotify ile qarşılaşacağımızı düşünürük.
  • Müəllif: Admin
  • 29-09-2019, 16:25
  • Baxış: 27



Adınız:*
E-Mail:
Kodu daxil edin: *
reload, if the code cannot be seen