Alimlərdən şok iddia: yaşıl çay ölümcül xəstəlikləri sağaldır

Alimlərdən şok iddia: yaşıl çay ölümcül xəstəlikləri sağaldır


Yaşıl çayın yarpaqlarında olan maddə təhlükəli mikroorqanizmlərlə mübarizədə çox effektlidir.

İngiltərənin Surreya Universitetinin alimləri ölümcül xəstəliklərlə mübarizədə yaşıl çayın ciddi müalicəvi əhəmiyyəti olduğunu aşkar ediblər.

Aydın olub ki, yaşıl çaydakı təbii epihallokatehin antioksidantı antibiotiklə müalicə olunan infeksiya xəstəlikləri ilə mübarizədə çox effektlidir.

Belə ki, epihallokatehin antibakterial aztreonam preparatının aktivliyinin bərpasına kömək edir. Bu preparat Pseudomonas aeruginosa mikroorqanizminin yaratdığı infeksiyaların müalicəsində tətbiq olunur.

Alimlər müəyyən ediblər ki, antioksidant və antibiotik müalicə zamanı birlikdə istifadə edildikdə olduqca ciddi effekt əldə olunur.
/Modern.az/
  • Müəllif: Admin
  • 29-09-2019, 19:58
  • Baxış: 18



Adınız:*
E-Mail:
Kodu daxil edin: *
reload, if the code cannot be seen